
Vitaminlər
Qrupu
Bu bloqumuzda biz ərzaqlar və onların tərkibindəki vitaminlər haqqında araşdırdıqlarımızı sizinlə bölüşəcəyik.
Tərkibində E vitamini olan ərzaqlar
Biz araşdırdıq ki,bu vitamin bağırsaqların işləməsinə
çox yaxşı təsir edir.


C vitamini orqanizmin immunitetini gücləndirir,
ona böyük qüvvə verir.
Bloqumuzda yerləşdirdiyimiz
bütün bu meyvə,tərəvəzlər və giləmeyvələr
C vitamini ilə zəngindir.

Karbohidratlar
Gün ərzində insan çox böyük enerji
sərf edir.
Bu itirilmiş enerjini karbo-
hidratlar orqanizmə qaytara bilər.
Göstərdiyimiz bu ərzaqlar
karbohidratlarla zəngindir.
Kalsium duzları
Süd məhsulları;
süd, kəsmik və s. kalsium duzları
ilə zəngindir .
Bu şəkillərdə gördüyümüz ərzaqlar kalsium duzu ilə zəngindir.
Biz araşdırdıq ki, kalsium -sümüklərə,əzələ və ürəyə;
fosfor-sümüklərə,sinir sisteminə;
maqnium-damir sisteminə;
dəmir-qanın tərkibinə xeyirdir.
Fosfor-ət,balıq,pendir,kələm,yumurta və çörəkdə;
Maqnium-yarmalarda,qara çörəkdə;
Dəmir- təzə göyərtidə,ətdə və çörəkdə var.

A vitamini görməni yaxşılaşdırır,
bədəni infeksion xəstəliklərdən
qoruyur.
Bloqumuzda yerləşdirdiyimiz bu şəkillərdəki
ərzaq,meyvə,göyərtilər,süd məhsulları
A vitamini ilə zəngindir.
B1 vitamini
B1 vitamini iştahanı yüksəldir,sinir sisteminə yaxşı təsir edir.
B1 vitamini insan orqanizmini soyuğa davamlı edir.
B1 taxılların üz pərdəsində,yəni taxıllarda,qaraciyərdə,mayada da olur.
B 12 vitamini
B12 vitamini gözlərin və dərinin sağlamlığı üçün
vacibdir. Biz araşdırıb gördük ki, B 12 vitamini
qidanın orqanizm tərəfindən yaxşı həzm olun
ması üçün də mühüm əhəmiyyət daşıyır.

Bu vitamin süddə,ət məhsullarında(qaraciyər,ürək və böyrəkdə),kələmdə,yumurtada,mayada və kahıda olur.
D vitamini
Bu vitamin kalsium və fosforun sümüklərdə
toplanmasına kömək edir.Yuxarıda fosfor və

kalsiumun xeyri haqqında danışmışdıq.
D vitamininə yumurta sarısı,kərə yağı və balıq yağında rast gəlinir.
P vitamini
Bədənimizdə çoxlu sayda qan kapilyarları var.
p vitamini onların divarlarını möhkəmlədir.
O , limon,portağal,qirmizi bibər,itburnu,çay yarpaqları və

üzümdə mövcuddur.
Ədəbiyyatımızda,musiqimizdə sağlam həyat tərzi həmişə vurğulanmış,önə çəkilmişdir.
Gəlin musiqimizdə min dərdin dərmanı çayın vəsfinə qulaq asaq.
P P vitamini
Pp vitamini orqanizmi sinir sistemi
xəstəliklərindən qoruyan vitamindir.
Ona daha çox süddə,qaraciyərdə,
böyrəkdə,göbələkdə,mayada,yer fın-
dığında rast gəlinir.


Biz yuxarıda sadaladığımız qida və
onlardakı vitaminləri bu cədvəl vasıtəsi ilə
ümumiləşdirdik.
Gəlin musiqimizdə meyvələr və vitaminlər haqqında səslənən
fikrə diqqət edək.
Vitamin can dərmanı........
Qabığını soymadan yeyin.....Bəli, bizim musiqimizdə də sağlam yaşam tərzi öndə dayanan bir mövzudur.
Düzgün qidalanma rejimi haqqında nə bilirik
Düzgün qidalanma insanların həyat və fəaliyyətinə təsir edən ən
mühüm amillərdən biridir.
ƏGƏR DÜZGÜN QİDALANARIQSA HƏR YEMƏK ZAMANI ORQNİZMƏ LAZIM OLAN QƏDƏR QÜVVƏ VERƏ BİLƏRİK.
Azərbaycan əhalisinin 25% piylənmədən əziyyət çəkir.
Piylənmənin əsas səbəbi kimi sünü qidalanma və gənclər arasında
çox geniş yayılmış fas food yeməkəri təşkil edir.
Faydalı məsləhətlər
İndi biz araşdırdırdığımız bir neçə faydalı məsləhətlərlə
sizinlə bölüşmək istəyirik.
Nə vaxt yeməliyik?
Düzgün qida 3 dəfə yeməkdən ibarətdir.
Səhər,nahar və şam yeməyi,2-3 ara yeməyi
Nə yeməliyik?
Səhər yeməyi
Səhər yeməyi:kəsmik,istədiyiniz meyvə ilə yoqut,südlü sıyıq
Nahar yeməyi
Nahar yeməyində həm birinci,həm də ikinci yeməyi bişirin.
Şorbaların bişirilməsi üçün göbələk,yağsız ət,balıqdan istifadə edin.
Birinci yemək zamanı tərəvəz şorbalarından,bulyondan,sulu xörəklərdən istifadə edə bilərsiniz.
İkinci yemək
İkinci yeməyə: düyü,arpa yarması,
qarabaşaq və makaron yeyə bilərsiniz.Bunların üstünə
toyuğun döş ətini,mal əti əlavə edə bilərsiniz
Şam yeməyi
Şam yeməyi zamanı göyərtidən,tərəvəzdən və yağsız balıqdan istifadə olunmalıdır.
Ara yeməklər
Bu yeməklər zamanı meyvə, qoz,yüngül salatlar istifadə edə bilərsiniz
Bunları etmək məsləhət deyil

Комментариев нет:
Отправить комментарий